Ratko Mladiç ömürlük azadlıqdan məhrum edildi
Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Yuqoslaviyanın dağılması prosesində Bosniya-Herseqovinada baş vermiş etnik münaqişə zamanı insanlığa qarşı cinayətlər törətmiş serb general Ratko Mladiçi soyqırımda təqsirli bilib.
APA-nın xəbərinə görə, R.Mladiç ikisi soyqırımla əlaqəli olmaqla, ümumilikdə 11 maddə üzrə günahkar sayılıb.
Paytaxt Sarayevo şəhərinin bombalanması və Srebrenitsa soyqırımında onun günahı sübut olunub.
R.Mladiç proses zamanı qışqıraraq nəsə deməyə çalışıb. Hakim əvvəlcə ona xəbərdarlıq edib, sonra isə zaldan çıxarıb.