Sabah Bakıya yağış yağacaq - PROQNOZ

Bazar günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam buludluğunun artacağı, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısından arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun anomal gedişi gözlənilir. Belə ki, havanın temperaturu gecə 2-4, günün ikinci yarısında 12-15, axşama doğru isə 4-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 7-də hava şəraitinin günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
 
 

Müəllif | Apa.Tv
Apa.tv