Gəncədə ana doğuşdan sonra öldü

Gəncədə uşaq dünyaya gətirən ana vəfat edib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Samux rayon sakini, 1988-ci il təvəllüdlü Gülmirə Sədrəddin qızı Eyyubova dünən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.

 

Əməliyyatdan bir neçə saat sonra - gecə saatlarında qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

 

Məlumata görə, bu, G. Eyyubovanın 3-cü övladı olub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd