Tiflisdə antiterror əməliyyatı bitdi: 2 ölü
Tiflisdə gecə saatlarından etibarən davam etdirilən antiterror əməliyyatı başa çatıb.
APA TV-nin yerli bürosunun məlumatına əsasən, xüsusi təyinatlılar və texnika hadisə yerini tərk edir.
Qeyri-rəsmi məlumatlara əsasən, əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən üç şəxs saxlanılıb. Bir nəfər xüsusi təyinatlı isə ölüb. Yayılmış məlumatlara görə, əməliyyat zamanı daha bir nəfər ölüb. Onun kimliyi barədə açıqlama verilmir.