Buzovnada marketdən oğurluq edən iki şəxs saxlandı!

Xəzər rayonunda marketdən oğurluq edən iki şəxs həbs olunub. APA TV-nin məlumatına görə, Akif Quliyev və Tahir Yaqubov Buzovna qəsəbəsində kafelərin birində yeyib içdikdən sonra oğurluq etmək qərarına gəliblər. Yol kənarında olan marketin işıqlarının yandığını dükanın isə bağlı olduğunu görən dostlar qıfılı sındırmaq yolu ilə içəri daxil olublar. Dostları yol patrul xidmətinin gecə növbəsində olan əməkdaşları mağazadan əli dolu çıxan zaman həbs ediblər. İdarədən bildirdilər ki , hər iki şəxs barəsində CM -nin 177-ci maddəsi ilə cinayət işi başlanıb. Onların əvvəllər məhkum olmadıqları bilinsə də, polis bu şəxslərin digər analoji cinayətlərdə iştirakını istisna etmir.

 

Müəllif | Apa.Tv