BDU sənətçiləri və jurnalistləri mükafatlandırdı

Bakı Dövlət Universitetində sənətkarlar, televiziya-radio aparıcıları və media qurumlarına “Özəl mükafat”lar təqdim edilib. 

 

APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən universitetin rektoru, akademik  Abel Məhərrəmov Bakı Dövlət Universitetinin tarixindən, Azərbaycanın elmi potensialına, ictimai həyatına bəxş etdiyi kadrlardan danışıb.

 

Rektor qeyd edib ki, Bakı Dövlət Universitetinin tələbələri təkcə elmi müstəvidə yox, yaradıcı sahədə də fəallığı ilə seçilirlər: “Bu mükafat tələbələrin təşəbbüsü ilə yaradılıb və biz universitet olaraq öz tələbələrimizə dəstək vermişik. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ən qabaqcıl təhsil müəssisələrində bu cür mükafatlar öz sahəsində böyük uğurlara imza atan insanlara təqdim edilir. Bakı Dövlət Universiteti də bu ənənəni davam etdirəm istədi, bu təşəbbüsə dəstək verdik”.

 

Xalq artistləri Rasim Balayev, Amaliya Pənahova, Alim Qasımov, Afaq Bəşirqızı, bəstəkar Faiq Sücəddinov, şair Baba Vəziroğlu, əməkdar artistlər Elnarə Abdullayeva, Dilarə Əliyeva, bir neçə radio və televiziya aparıcısı mükafatlara layiq görülüblər.

 

Bakı Dövlət Universitetinin “İlin ən yaxşı media orqanı” mükafatı isə APA İnformasiya Agentliyinə təqdim olunub. 

   

Müəllif | Apa.Tv
Almaz Qasımova