Əsgərimizin meyiti Ermənistan mövqeləri yaxınlığında tapılıb - RƏSMİ AÇIQLAMA
Müdafiə Nazirliyi təmas xəttində Azərbaycanın Ordusu hərbçisinin meyitinin tapılması barədə məlumat yayıb.
MN-dən APA TV-yə daxil olan məlumatda bildirilir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 27.11.1998-ci il təvəllüdlü əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.
Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.