“Avesta” konserninə basqın! KASSADAN 135 MİN MANAT APARILDI!

Dekabrın 6-da “Avesta" Konserninə basqın olub. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən "Avesta" konserninə girən Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Vüqar Babayevi soyuq silahla hədələyərək xəzinədə olan 135.000 manat pulu götürüb "İnfiniti" markalı avtomobildə qaçıblar. Nazirliyin məlumatında qeyd olunur ki, Bakı BPİ Dövlət Yol Polisi İdarəsi, Nərimanov RPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin şirkətin mühafizəçisi Füzuli Nəbiyev və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar.

Müəllif | Apa.Tv
Apa.tv