İran gəmilərini ABŞ sahillərinə göndərir - VAŞİNQTON SUSUR

İran yaxın zamanda hərbi gəmiləri Meksika körfəzinə göndərəcək. 

 

APA TV-nin “Tasnim” agentliyinə istinadən məlumatına görə, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin yeni komandanı kontr-admiral Hüseyn Xanzadə bildirib.  

 

Yeni vəzifədə ilk mətbuat konfransı keçirən H.Xanzadə qeyd edib ki, İran gəmiləri Cənubi Amerikanın bir neçə ölkəsinə səfər edəcək, daha sonra isə Meksika körfəzində İran bayrağını qaldıracaqlar.

 

H. Xanzadə həmçinin İran istehsalı olan “Sipər” keşikçi raket gəmisinin yaxın günlərdə ölkənin Xəzər donanmasının tərkibinə qatılacağını deyib. 

 

Komandan ABŞ barədə heç nə deməsə də, qərb mətbuatı İran gəmilərinin ABŞ sahillərinə doğru yollanacağını iddia edib.   

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov