Azərbaycan-Dağıstan sərhədində atışma olub, ölənlər var - BORC PUL ÜSTÜNDƏ

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub, 2 nəfər ölüb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir.  

 

İnsident nəticəsində daha 3 nəfər yaralanaraq Dərbənd şəhər xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta ağırdır. 

 

Silahlı insident borc pul üstündə baş verib. 6 nəfər saxlanılıb, 15 nəfərədək şəxsin axtarışı davam etdirilir.

 

Münaqişədə 20-dək şəxs - əsasən Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb.  


Silahlı şəxslərin çoxu Məhərrəmkənd rayonuna Dərbənd şəhərindən gəlib.
 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı