2 nəfərin mübahisə zamanı 15 nəfər yaralandı - LONDON METROSUNDA ÇAXNAŞMA

Londonun “Oxford Circus” metro stansiyasında baş verən insident zamanı 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb. APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya paytaxtının təcili tibbi yardım xidmətindən bildirilib.

Noyabrın 24-ü, axşam saatlarında London polisinə “Oxford Circus” stansiyasında atışma ilə bağlı məlumat daxil olub. Sərnişinlər təxliyyə edildikdən sonra məlum olub ki, təşvişə stansiyanın platformasında iki nəfərin mübahisəsi səbəb olub.

Yaranan izdiham nəticəsində xəsarət alan 15 nəfərin həyatına təhlükə olmadığı bildirilir. 

Müəllif | Apa.Tv
Apa.tv