"Şah"ın ən ədalətsiz qərarı - NATİQ QƏDİMOVUN XATİRƏSİNƏ
Tamaşaçısı onu bu sözlərlə tanıdı: "Şah qanun deyil, qanun şahdır"... Elə bu sözlərlə də xatırlayacaqlar... Natiq Qədimov bu sözləri ilə tamaşaçıya "haqqınızı bilin, müdafiə edin, hüquqlarınızı qoruyun, ədalətin yanında olun" mesajını verirdi... Efirdən kənar həyatında da həmişə haqqın yanında, ədalətli oldu, hamıya kömək etməyi özünə borc bildi Natiq... Amma təəssüf, onun "Şah"ı bu dəfə ədalətsiz qərar verdi... Beləliklə, ötən həftənin ən acı xəbəri: tamaşaçı Natiq Qədimovu, bizim nəsil jurnalistlər heç vaxt qazana bilməyəcəyimiz əvəzolunmaz bir dostu, gənc həmkarları isə "əmi" deyə müraciət etdiyi əziz insanı itirdi...