Bakıda yanğın binanın zirzəmisini bürüdü, sakinlər təxliyyə olundu
Bakıda yanğın hadisəsi qeydə alınıb. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Xətai rayonunda baş verib.
Çoxmərtəbəli yaşayış binasında meydana gələn yanğın nəticəsində zirzəmidə olan 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 pm kabel yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.