İsmayıllıda dəm qazı faciəsi: MEYİTİNİ HAMAMDAN ÇIXARDILAR
İsmayıllı rayonunda dəm qazı daha bir insanın həyatına son qoyub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə İsmayıllı rayonunun Mican kəndində qeydə alınıb.
Kənd sakini 1987-ci il təvəllüdlü Yusifov Emil Tanrıverdi oğlu hamamda çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən evə daxil olan dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutub. Evə çağırılan İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının təcili yardım stansiyasının briqadası Emil Yusifovun zəhərlənmə nəticəsində dünyasını dəyişdiyini bildirib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.