İsmayıllıda altı otaqlı ev külə döndü - YANĞIN ANI

İsmayıllı rayonunda fərdi yaşayış evi yanıb.


APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Çayqovuşan kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Əbilov Elşad Abduləziz oğluna məxsus ümumi sahəsi 153 kvadratmetr olan 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin yanar konstruksiyaları və içəridəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Yanğın söndürülüb və yaxınlıqdakı tövlə, ətrafda olan evlər alovdan mühafizə olunub. Yanğın başlayan zaman ailə üzvləri evdə olsalar da, mənzili tez  bir zamanda tərk etdikləri üçün xəsarət almayıblar.


Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov