2017-ci ilin "kainat gözəli" seçildi - AFRİKA ÖLKƏSİNDƏN

"Kainat gözəli - 2017" tituluna Cənubi Afrika gözəli Demi-Li Nel-Piters layiq görülüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, noyabrın 26-da Las-Veqasda müsabiqənin nəticələri elan olunub.

 

Təqdimat mərasimində yayımlanan videomüraciətində Demi-Li Nel-Piters qadın hüquqlarının müdafiəsi ilə bağlı çıxış edib. O, müraciətində "bu titula layiq görülən qadın öz qorxularını dəf etməyi bacarmalıdır" - deyə, bildirib. Demi-Li Nel-Piters Cənubi Afrika Respublikasından titula iddialı olan iki şəxsdən biri olub.

 

Qeyd edək ki, "Kainat gözəli" müsabiqəsi 1952-ci ildən keçirilir. Qalib iştirakçı müsabiqənin simvolu olan qiymətli taca sahib olur. Eyni zamanda o, xeyriyyə tədbirlərində iştirak edir, reklam çarxlarında çəkilir, dünyanın müxtəlif ölkələrində ödənişsiz yaşamaq hüququna malik olur.

Müəllif | Apa.Tv
Ayşən Əhməd