Quba məzarlığı ziyarət olundu

Quba soyqrım məzarlığında Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) birgə təşkilatçılığı ilə Qərbi Azərbaycandan soydaşlarımızın  deportasiyasının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib. APA TV-nin məlumatına görə,  tədbir iştirakçıları  əvvəlcə işğalçı Ermənistan dövləti əleyhinə şüarlar səsləndirib Quba  məzarlığına yürüş təşkil ediblər. Tədbirdə Türkiyədə fəaliyyət göstərən Saxta Erməni İddiaları ilə Mübarizə Dərnəyinin başqanı Göksəl Gülbəy, bir sıra QHT təmsilçiləri və ictimaiyyət nümayəndələri  iştirak edib: "Siz bilirsiz ki, erməni vandalizmi nəticəsində Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya olunmasının 25 illiyidir. Bura gələn insanların əksəriyyəti Qərbi Azərbaycandandır və biz ermənilərin vandal hərəkətlərini Quba Məzarlığını ziyarət etməklə bütün dünya ictimaiyyətinə görsətmək istəyirik".

 

Ziyarətçilər ermənilərin türklərə qarşı törətdiyi soyqrımla bağlı dünya ictimaiyyətinin məlumatlandırmasının vacibliyini bildiriblər: "Bu hadisəni bütün dünyaya bildirmək lazımdır. Bütün türk dünyası bura - Qubaya gəlib erməni vəhşiliyinin şahidi olmalıdır. Buna baxmayaraq erməni diasporu dünyaya türklər bizi qətl etdi - deyə car çəkirlər. Kimin kimi qətl etdiyini dünyaya görsətmək lazımdır".  

 

Müəllif | Apa.Tv
Vəli Turan