Sankt-Peterburqda boğazı kəsilən azərbaycanlı sağ qalıb - HADİSƏNİ TÖRƏDƏN QAÇDI

Sankt-Peterburqda azərbaycanlı bıçaqlanıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 26-sı, yerli vaxtla gecə 4:00 radələrində Şturman küçəsində, azərbaycanlının yaşadığı mənzildə baş verib.

 

Naməlum şəxs 43 yaşlı Azərbaycan vətəndaşına bıçaqla hücum edərək boğazını kəsib.

 

Həmyerlimiz ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiyada olan yaralının durumu çox ağır qiymətləndirilir. Həkimlər onu xilas etməyə çalışırlar.

 

Faktla bağlı istintaq başladılıb, hadisənin detalları araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv