İsrail rəsmisi: "Tehranın Suriya ərazisinə təsirini gücləndirməsinə imkan vermək olmaz"

"Suriyada İran hərbi qüvvələri yoxdur və bizim əsas vəzifəmiz rəsmi Tehranın oradakı mümkün hərbi iştirakını əngəlləməkdən ibarətdir".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman deyib. O qeyd edib ki, Tehranın Suriya ərazisinə təsirini gücləndirməsinə imkan vermək olmaz.

 

"İran Suriyada hərbi bazalar yaratmaq istəyir, amma hələlik buna nail ola bilmir. Bundan əlavə rəsmi Tehran Rusiya yaxınlığında dəniz limanı, aeroport və hərbi bazalar yaratmaq istəyirdi, amma buna da nail ola bilmədi".

 

Qeyd edək ki, rəsmi Tel-Əviv İranı Suriya münaqişəsindən İsrail əleyhinə istifadədə ittiham edib və buna yol verilməyəcəyini bildirilib.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov