Qəbələdə dəhşətli qəza: 2 ölü, 8 yaralı
Qəbələ rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər gənc oğlan dünyasını dəyişib, 8 nəfər ağır xəsarət alıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə ötən gecə saat 1:00 radələrində Oğuz-Qəbələ yolunda, Zarağan kəndi ərazisində qeydə alınıb.
90 NB 811 dövlət nömrə nişanlı "Toyota RAV 4" markalı minik avtomobili ilə 66 BV 214 dövlət nömrə nişanlı "VAZ-2107” markalı avtomobil toqquşub. Hadisə nəticəsində "VAZ-2107"nin sürücüsü - Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlu və sərnişini, 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində dünyasını dəyişib, "Toyota RAV 4"ün sürücüsü - Bakı şəhəri Nəsimi rayon sakini, 1960-cı il təvəllüdlü Xəlilov Məcid Feyzulla oğlu, Bakı sakinləri olan sərnişinləri - 1959-cu il təvəllüdlü Xəlilova İradə Abbas qızı, 1987-ci il təvəllüdlü Qasımov Orxan Vaqif oğlu, 1990-cı il təvəllüdlü Elşən Əhmədov, "VAZ-2107"nin Qəbələ rayon sakinləri olan sərnişinləri - 1977-ci il təvəllüdlü Tərlan Alıcanov, 1991-ci il təvəllüdlü Rüstəm Mahmudov, 1997-ci il təvəllüdlü Hacı Hacıyev və 1997-ci il təvəllüdlü Rəvan Zərbəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına və Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Hazırda onların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.