Səlahəddin Dəmirtaşa bəraət verildi

Türkiyədə 7 iyun 2015-ci il seçkilərindən əvvəl keçirdiyi təbliğat mitinqində xalqı kin və düşmənçiliyə təhrik etməkdə ittiham olunaraq həbs olunmuş Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş haqqında məhkəmə qərarı elan edilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, HDP liderinin iştirak etmədiyi məhkəmədə vəkili müvəkkilinin həmin çıxış zamanı düşmənçiliyə təhrik etmədiyini, həmçinin ifadə azadlığının qanunla qorunduğu nəzərə alınaraq ona bəraət verilməli olduğunu bildirib.

 

Məhkəmənin hökmünə əsasən, Səlahəddin Dəmirtaşın təqsiri sübuta yetirilmədiyindən, bəraət alıb.

 

Qeyd edək ki, prokuror S.Dəmirtaşın 1 ildən 3 ilədək həbslə cəzalandırılmasını tələb etmişdi.

 

Ötən il noyabrın 4-də Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində həbs edilən HDP lideri Səlahəddin Dəmirtaşa qarşı bir sıra başqa ittihamlar da irəli sürülüb.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı