Tel-Əvivdə mağazada partlayış olub - ÖLƏNLƏR VAR

İsrailin Tel-Əviv şəhəri yaxınlığında partlayış baş verib. İnşaat materialları mağazasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb. APA TV-nin məlumatına görə, bu barədə yerli televiziya xəbər verib.

Məlumata görə, xilasedicilər dağıntılar altından 4 nəfərin meyitini aşkar edib. Bundan əlavə hadisə nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib. Partlayışın səbəbləri barədə hələ ki məlumat verilmir.

Hadisə yerində xilasedici əməliyyat davam edir. Partlayışdan sonra güclü yanğın başlayıb, ticarət obyekti yerləşən bina qismən uçub. Hadisənin səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv