İŞİD-çi kamikadze Bağdadda özünü partlatdı - 17 ÖLÜ, 28 YARALI

İraqın paytaxtı Bağdadda partlayış törədilib. APA TV "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində 17 dinc sakin ölüb, azı 28 nəfər yaralanıb.

İnsident şəhərin cənub-qərb hissəsində qeydə alınıb. Parlayış terrorçu-kamikadze tərəfindən törədilib. İlkin məlumata görə, terrorçu-kamikadze özünü partladıb.

Bu terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

İraqın Daxili İşlər Nazirliyindən bildirilib ki, iki terrorçu avtomat silahlardan dinc sakinlərə atəş açıb. Polis əməkdaşları silahlılardan birini məhv edib, digəri özünü partladıb.

Müəllif | Apa.Tv
Ayşən Əhməd