85 yaşlı Merlin Nevman azadlığa buraxılıb

Agent olduğu iddiasıyla təxminən bir aydır Şimali Koreyada həbs olunan amerikan Meril Nevman azadlığa çıxıb. Şimali Koreya hüquq-mühafizə  orqanları  tərəfindən 85 yaşlı Nevmanın ölkəyə turist kimi yox, cəsusluq məqsədi ilə gəldiyi iddia olunmuşdu. Koreya müharibəsinin veteranı olan Nevman  sərbəst buraxılaraq əvvəlcə Çinin paytaxtı Pekinə, daha sonra isə San Fransiskodakı yaşadığa evə gətirilib. O jurnalsitlərə açıqlamasında bildirib ki, həbsi Şimali Koreya ilə Amerika arasında gərginliyə səbəb olub. Azadlığa çıxaması ilə həmin gərginlik aradan qalxıb.

Müəllif | Apa.Tv
Apa.tv