Göyçayda "Jiquli" "KamAZ"a çırpıldı: 3 yaralı

Göyçayda minik və yük avtomobilləri toqquşub, ağır xəsarət alanlar var. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində, rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

 

“VAZ 2107” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində Göyçayın Birinci Ərəb kənd sakinləri - 1991-ci il təvəllüdlü Hacıyev Sadiq Əvəz oğlu, 1983-cü il təvəllüdlü Eyyubov Asiman Ələmdar oğlu və Ucarın Lək kənd sakini, 1964-cü il təvəllüdlü Əhmədov Ağamir Səftər oğlu ağır bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılardan ikisi reanimasiya şöbəsindədir, vəziyyətləri ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv