Kiyevdə xüsusi təyinatlılar mitinqləri canlı yayımlayan telekanalları nəzarətə götürüb
Rusiya , Moskva ilə Kiyev arasında təbii qaz qiymətlərinin endirimi mövzusunda hər hansı bir razılığa gəlməyib. APA TV-nin məlumatına görə, qiymətlərin endirilməsi ilə bağlı iddialar Ukrayna prezidenti Viktor Yanikoviçlə Rusiya prezidenti Vladimr Putinin Soçidəki görüşündən sonra irəli sürülüb. Rəsmi Moskva bildirib ki, Ukrayna ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunsa da hər hansı bir razılığa gəlinməyib.
Paytaxt Kievdə isə hökumət əleyhdaları mitinqlərə davam edir. Xüsusi təyinatlı polislər Kiyevdəki mitinqi canlı yayımla verən telekanalların peyk stansiyalarını ələ keçirib. Müxalifətçilər “İnter”, “1+1” və “1-ci milli” televiziya kanallarının binası önündə aksiya keçirərək onlara dəstək olduqlarını ifadə ediblər.