Myanmaya gələn Papa Fransisk "Arakan", "Rohinca" adlarını dilinə gətirmədi

Katolik dünyasının dini lideri, Roma Papası Fransisk bölgədə sülh çağırışı adı altında Myanma və Banqladeşə səfər edib. APA TV xəbər verir ki, o burada dövlət başçıları və rəsmi şəxslərlə də görüşüb.

Ancaq səfərinin sülhə çağırış məqsədi daşımasına, insan haqlarına hörmət aşılanmasını diləməsinə baxmayaraq, Papa öz çıxışında bircə dəfə də olsa "Arakanlı müsəlmanlar", "Rohinca" ifadələrini dilinə gətirməyib.

"Myanmarın gələcəyi sülhə bağlı olmalıdır və bu sülhün əsasını hər bir etnik qrupa, onun üzvlərinə hörmət və etibar təşkil etməlidir", - Papa Fransisk belə deyib.

Myanmanın de-fakto siyasi rəhbəri Aun San Su Çji də öz çıxışında Rohinca bölgəsində etnik qruplar arasında qarşılıqlı hörmətin hökm sürdüyündən danışıb, ancaq o da yerli müsəlmanların hərbçilərin təqiblərinə məruz qalması, Banqladeşə qaçmasına toxunmayıb.

Müəllif | Apa.Tv
Apa.tv