Şimali Koreyanın raketi Yaponiya sahillərinə düşüb: ÜÇ ÖLKƏ AYAĞA QALXDI
"Sınağı keçirilən yeni raket ABŞ-ın istənilən nöqtəsini hədəfə götürə bilər". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu bəyanat rəsmi Pxenyandan səsləndirilib.
Bəyanatda həmçinin nüvə başlığı daşıya biləcək raketin sınağının şəxsən Şimali Koreya lideri Kim Çen Inın əmri ilə keçirildiyi və bunun Vaşinqtonun aqressiv siyasətinə cavab olduğu bildirilir.
950 kilometr məsafə qət edən raket, 4475 kilometr yüksəklikdən uçaraq Yaponiya sahillərinə düşüb.
Rəsmi Tokio hadisəni təxribat kimi dəyərləndirib. Baş nazir Sindzo Abe Şimali Koreyaya qarşı təzyiqin artırılmasını vacib hesab etdiklərini açıqlayıb.
Sınaqdan sonra Cənubi Koreya şimal sərhədində hərbi təlimlərə başlayıb. ABŞ isə Cənubi Koreya və Yaponiya ilə təmasa keçib.
Öz növbəsində ABŞ prezidenti Donald Tramp da Pxenyanın bu addımına dərhal reaksiya verib. O vurğulayıb ki, ABŞ bu təxribata cavab verəcək, Pxenyanı başa salmaq üçün onların gücü yetərincədir.
Məsələyə Moskvadan da münasibət bildirilib. Rusiya tərəfi Şimali Koreyanın növbəti raket sınağını məsuliyyətsiz addım adlandırıb.
Bu gün həmçinin hadisə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının təcili toplanacağı da qeyd olunur. Bu tələbi Vaşinqton, Seul və Tokio irəli sürüb.