Azərbaycanda icra başçısı müavininin oğluna hökm oxundu

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA -nın məlumatına görə, məhkəmənin hökmü ilə E.İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.

 

Qeyd edək ki, Elmir İbadov bu il avqustun 22-də idarə etdiyi "Range Rover" markalı avtomobillə yaşlı qadını vurub və qadın ölüb.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli