Bakıda intensiv yağışlar başlayır, bölgələrə güclü qar yağacaq - 8 DƏRƏCƏ ŞAXTA
Bakı və Abşeron yarımadasında noyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.
ETSN-dən APA TV-yə verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-5, gündüz 8-11 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.