Səudiyyədə həbs olunan şahzadə və üç nəfər azad edildi - FANTASTİK MƏBLƏĞ ÖDƏDİLƏR

Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə həbs olunan şahzadələrdən biri sərbəst buraxılıb.

 

APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, vaxtilə taxt-taca ən real namizəd, krallığın Milli Qvardiyasının keçmiş rəhbəri Mitəb bin Abdulla azadlığı müqabilində 1 milyard dollar ödəyib.

Onunla bərabər daha üç nəfərin də sərbəst buraxıldığı deyilir, lakin həmin şəxslərin nə qədər məbləğ ödədiyi barədə məlumat verilmir.

Xatırladaq ki, ölkədə başladılan anti-korrupsiya əməliyyatları nəticəsində aralarında şahzadələrin, keçmiş və fəaliyyətdə olan dövlət məmurlarının, həmçinin iş adamlarının olduğu 200 nəfər saxlanılıb. Onlara azad olunmaları üçün sərvətlərinin böyük bir hissəsini xəzinəyə bağışlamaları şərti qoyulub.

Bir müddət əvvəl Səudiyyə vəliəhdi Məhəmməd bin Salman saxlanılanların əksəriyyətinin şərtlə razılaşdığını açıqlayıb. Onlardan büdcənin kəsirlərini bərpa etmək üçün 100 milyard dollar toplandığı vurğulanır.

Müəllif | Apa.Tv
Nigar Həsənli