Ermənilər işğal olunmuş ərazilərimizdə yeni hərbi təlimlərə başladı
Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərində növbəti təlimlər keçir.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirilən təlimlər saat 11:00 radələrində başlayıb.
Təlimdə ağır artilleriya qurğuları və texnikalardan istifadə olunur. Atəş səsləri cəbhə boyu yaşayış məntəqələrində eşidilir.