Ebru Gündeş Rza Zərrabdan boşanır: "Kameraya qadın gətirib"

Ebru Gündeş ABŞ-dakı həbsxanada cəza çəkən əri Rza Zərrabdan boşanır.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb R. Zərrabın saxlanıldığı kameraya qadın gətirilməsi iddiası olub.

 

İddiaları etiraf edən Rza Zərrab bunun üçün nəzarətçilərə rüşvət verdiyini bildirib.

 

Bu arada İran əsilli iş adamı R. Zərrabın Nyu-York həbsxanasında saxlanıldığı günlərdə də kamerada qadınlarla əyləndiyi, habelə içəri içki və narkotik vasitələr keçirdiyi ortaya çıxıb. İddiaya görə sonuncu faktı müğənni Ebru Gündeş yaxın rəfiqələrinə etiraf edib.

 

 

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı