General məhkəmədə zəhər içdi - HÖKM DƏYİŞMƏDİ

Xorvat general Pralyakın zəhər içməsi iddiası ilə məhkəmə iclası dayandırılıb.

 

APA TV-nin məlumatına görə, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalda davam edən "Prliç və digərləri" cinayət işi üzrə hökmdən apellyasiya prosesində Slobodan Pralyaka 20 il həbs cəzası verilib.

Qərara etiraz olaraq xorvat general kiçik qabda mənşəyi bilinməyən maye içib. Onun zəhər qəbul etdiyi iddia olunaraq proses dayandırılıb.

 

2013-cü ildə Beynəlxalq Tribunal Bosniyada hərbi cinayətlər törətməkdə ittiham olunan Yadranko Prliç və 5 xorvat hərbçiyə ümumilikdə 111 il həb cəzası verib. Bu gün həmin hərbçilərin apellyasiya şikayətinə baxılıb. Məhkəmə Slobodan Pralyak barəsində çıxarılan hökmü dəyişdirməyib.

 

Pralyak Bosniyadakı müharibə zamanı ələ keçirdiyi bölgələrdə yerli əhaliyə qarşı işgəncə və cinsi təcavüzdə günahlandırılır.

Xatırladaq ki, noyabrın 22-də serb general Radko Mladiç barəsində də hökm çıxarılıb. O, məhkəmənin ömürlük həbs qərarına etiraz etsə də, nəticə dəyişməyib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov