Pakistanda məscidin qarşısında silahlı insident - HƏDƏFDƏ KƏŞFİYYATÇI İMİŞ
Pakistanın paytaxtı İslamabadda ölümlə nəticələnən silahlı insident baş verib. APA TV-nin “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bir neçə naməlum motosikletçi İmam Bərgah məscidinin qarşısında insanlara atəş açıb.
Hadisə nəticəsində 2 nəfərin öldürüldüyü, 4 nəfərinsə xəsarət aldığı bildirilir. Hazırda yerli polis və təhlükəsizlik qüvvələri silahlı insidenti törədənlərin axtarışını aparır.
Yerli KİV-in xəbərinə görə, cinayət şəxsi düşmənçilik zəminində törədilib. Hədəfdə isə Pakistan kəşfiyyat bürosunun əməkdaşının olduğu deyilir.