Abşeron rayonu ərazisində bıçaqlanma olub. APA TV-nin məlumatına görə, qanlı hadisə Mehdiabad qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Qəhrəmanov Elnur Füzuli oğlu qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə 1 saylı Xəstəxanaya gətirilib və cərrahi əməliyyat olunub. Hazırda vəziyyətinin orta ağırlıqda olduğu bildirilir.
Hadisənin təfərrüatlarını Abşeron polisi araşdırır. E.Qəhrəmanovun sözlərinə görə, tanımadığı şəxslər ona yaxınlaşaraq telefon istəyib. Rədd cavabı aldıqda isə mübahisə yaranıb və nəticədə bıçaqlanıb.