ABŞ Suriya PKK-çılarına 5 min "Kalaşnikov" avtomatı göndərəcək

ABŞ PKK-nın Suriya qolu olan PYD/YPG-yə 5 min ədəd AK-47 avtomatı göndərəcəyini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ölkənin 2018-ci il büdcəsində İŞİD terror təşkilatı ilə mübarizə üçün 500 milyon dollar ayrılıb. Bu çərçivədə YPG-çilər 5 min ədəd "Kalaşnikov"la təmin olunacaq.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump PYD/YPG qruplaşmasına silah verilməyəcəyini açıqlamışdı. Bundan sonra Ağ Ev rəsmilərindən biri qruplaşmaya verilən ağır silahların geri istənəcəyini bildirmişdi. Hətta ağır silahların seriya nömrələrinin Türkiyəyə göndərildiyi, bu ölkənin silahların geri göndərilməsi barədə məlumatlandırılacağı qeyd olunurdu.

Müəllif | Apa.Tv
Elvin Bayramlı