Kürdəmirdə 3 ailənin yaşadığı ev külə döndü

Kürdəmirdə 3 ailənin yaşadığı ev yanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün gündüz saatlarında şəhərin Yaşar Seyidov 43 ünvanında baş verib.

 

Sabir Sədi oğlu Səmədova məxsus  1 mərtəbəli, 4 otaq, 2 mətbəx və aynabənddən  ibarət olan fərdi yaşayış evində  güclü yanğın baş verib. Hadisə yerinə FHN-in Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 204 kvadratmetr olan evin 124 kvadratmetri əşyaları ilə birlikdə yansa da, evin qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə, 3 ailənin yaşadığı evdə yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Fakt araşdırılır.

Müəllif | Apa.Tv
Zahid Abışov