Suriya ordusu İŞİD anbarlarında yenə ABŞ və Avropa silahları aşkarladı

Suriya ordusu Deyr əz-Zor əyalətinin azad olunmuş hissəsində İŞİD-ə məxsus anbarlarda ABŞ və Avropa ölkələrinin istehsalı olan xeyli sayda silah-sursat aşkarlayıb.

APA TV-nin "SANA" agentliyinə istinadən verdiyi xəbərə görə, silahlar əyalətin Əl-Aşara, Sübeyhan və Salihiyə rayonlarında aşkarlanıb.

Qeyd edək ki, Suriya ordusu oktyabrda da Meyadin əyalətində İŞİD-in anbarlarında ABŞ, Belçika, Böyük Britaniya və digər ölkələrin istehsalı olan xeyli sayda silah-sursat aşkarlamışdı.

Hərbçilər aşkarlanan silahların Pentaqonun müttəfiqlərə yardım proqramı çərçivəsində əldə olunduğunu iddia edir.

Müəllif | Apa.Tv
Apa.tv