Argentinanın itmiş sualtı qayığının heyəti həlak olmuş hesab edilib
Argentina rəsmiləri rabitə vasitələri ilə əlaqəsi kəsilən "San-Xuan" sualtı qayığının heyət üzvlərinin xilasetmə əməliyyatının başa çatdığını açıqlayıb. APA TV xəbər verir ki, bundan sonra qayığın axtarışlarına başlanılacaq.
Argentinanın Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Enrike Balbinin sözlərinə görə, xilasetmə əməliyyatı qurtarıb, ancaq sualtı qayığın axtarışları davam edir. Beləliklə, gəminin 44 dənizçisi həlak olmuş sayılır.
O, qeyd edib ki, bütün səylərə baxmayaraq, axtarış zonasında qayığın qəzaya uğraması ilə bağlı heç bir sübut tapılmayıb.