OPEK-in yeni prezidenti seçilib - SƏUDİYYƏ YERİNİ UDUZDU
OPEK-in yeni prezidenti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl Məzrui olacaq. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, bu barədə OPEK-in hazırkı prezidenti Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl Falih bildirib.
Süheyl əl Məzrui OPEK-in prezidenti vəzifəsini 2018-ci ilin yanvarın 1-dən icra etməyə başlayacaq.
Qeyd edək ki, OPEK neft hasilatının həcminin azaldılmasına dair razılaşmanın müddətini 9 ay artıraraq 2018-ci ilin sonunadək uzadıb.