İranda yenə güclü zəlzələ oldu - 6,3 BAL
İranın cənub-şərq hissəsində 6,3 bal gücündə zəlzələ olub.
APA TV-nin istinadən verdiyi məlumatına görə, yeraltı təkanlar Bakı vaxtı ilə 06:32-də Kerman şəhərindən 65 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 km dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Xatırladaq ki, noyabrın ortalarında İranın İraqla həmsərhəd Kermanşah əyalətində 7,2 bal gücündə zəlzələ olub. Nəticədə 505 nəfər ölüb, 12 mindən çox insan xəsarət alıb.