Çində nəhəng "neft xəzinəsi" tapıldı
Çinin neft-qaz şirkəti "PetroChina" ölkənin şimal-qərbində nəhəng ehtiyatlara malik neft yatağı aşkarlanıb.
APA TV-nin "Sinhua" agentliyinə istinadən məlumatına görə, yataqdakı ehtiyatların həcmi 1,24 milyard ton təşkil edir ki, bunun da 520 milyon tonu artıq dəqiqləşmiş ehtiyatlardır.
Şirkətdən bildirilib ki, həmin ərazidə daha 1 milyard ton həcmində yeni neft yatağının kəşfi üçün əlverişli şərait var.
Qeyd edək ki, bir qədər əvvəl Meksikada da son 15 ilin ən zəngin ehtiyatlarına malik "neft xəzinəsi" tapılıb.