ABŞ elitasında yerdəyişmə: KİMLƏR GEDƏ, KİMLƏR GƏLƏ BİLƏR? - İDDİALAR
Ağ Ev yeni vəzifə yerdəyişmələri planlaşdırır. APA TV-nin məlumatına görə, bu barədə "The New York Times" xəbər dərc edib.
İddiaya görə, dövlət katibi Reks Tillerson vəzifəsindən uzaqlaşdırılacaq. Onu bu postda hazırda Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olan Mayk Pompeo əvəzləyəcək. Pompeonun yerinə isə Arkanzas ştatından senator-demokrat Tom Kotton gətiriləcək.
Prezident Donald Trampın iddialar hər hansı münasibətinin olduğu barədə məlumat verilməsə də, digər yüksək ranqlı şəxslərin məsələyə müsbət yanaşdığı deyilir. İstefa və təyinatlar yaxın həftələrdə - hətta Yeni il bayramına qədər reallaşa bilər.
Reks Tillerson barədə belə söhbətlərin yayılmasına səbəb kimi ilk növbədə onun noyabrın 26-da Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinə ABŞ-dan göndərilən qrupa Trampın qızı İvankanın rəhbərlik etməsinə etirazı göstərilir.
CNN-nin iddiasına görə isə Tillerson, ümumiyyətlə, İvanka Trampın və onun həyat yoldaşı Cared Kuşnerin ABŞ-ın siyasi həyatında fəallıq göstərmələrini qısqanır.
Xatırladaq ki, oktyabr ayında da Reks Tillersonun vəzifəsindən kənarlaşdırılacağı ilə bağlı məlumatlar yayılmışdı.