Sabah Bakıda yağış yağacaq

Bakı və Abşeron yarımadasında dekabrın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-7, gündüz 9-12 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, tutqun və rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər  bəzi  şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv