Kürdəmirdə zəncirvari qəza – 1 ÖLÜ, 5 YARALI

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumata görə hadisə ötən axşam saat 20.00 radələrində Bakı-Qazax yolunun Kürdəmir şəhərindən keçən hissəsində qeydə alınıb. Kürdəmir sakini, 21 yaşlı İbrahimov Pənah Rahim oğlunun idarə etdiyi “Mersedes” markalı minik maşını qarşı tərəfdən gələn 39 yaşlı Qaçayev Teymur Mülkədar oğluna məxsus “VAZ 21011” markalı minik maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində “VAZ 21011” markalı maşın yolun əks tərəfindən gələn və 45 yaşlı Abbasov Nuru Cabbar oğluna məxsus “QAZ 52” markalı yük maşınına çırpılıb. Nəticədə “QAZ 53” maşını yoldan çıxaraq aşıb. Zəncirvari avtomobil qəzası zamanı hər üç maşının sürücüsü, eləcə də sərnişinlər 4 yaşlı Musayeva Aytən Arzuman qızı, 32 yaşlı Hüseynova Məhluqə Nəbi qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, 51 yaşlı Məmmədova Adilə Xəlil qızı isə dünyasını dəyişib.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov