Türkiyədə fabrik işçilərini aparan avtobus qəzaya uğrayıb - ÖLƏNLƏR VAR

Türkiyənin Bursa vilayətində ağır yol qəzası baş verib. APA TV-nin “Cihan” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Mudanya yolunda qeydə alınıb.

Fabrik işçilərini daşıyan avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər ölüb.

Zərbənin gücündən avtobus yanı üstə aşıb. Avtoqəza nəticəsində çoxlu sayda xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir.

Müəllif | Apa.Tv
Apa.tv