Lənkəranda benzindoldurma məntəqəsində PARTLAYIŞ TƏHLÜKƏSİ

Lənkəran rayonu ərazisində yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə dekabrın 8-də saat 21.45 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Parakənd qəsəbəsindən keçən hissəsində qeydə alınıb.


Lənkəran rayonunun Hirkan qəsəbə sakini, 21 yaşlı Cabir Şahverən oğlu Rzayevin idarə etdiyi “Opel” markalı maşın yoldan çıxıb və Astara rayonu Şiyəkəran kənd sakini Şahmar Abbasəli oğlu Teymurova məxsus yanacaqdoldurma məntəqəsinə girib. Nəticədə iki yanacaqdoldurma aparatını sıradan çıxaran avtomobil alışıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Onların səyi nəticəsində yanğının qarşısı alınıb, partlayışa imkan verilməyib.

Sürücü hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv