Argentina "ölüm qrupu"nda, bəxti gətirən Fransa, ən zəif start oyunu - DÇ-2018-İN PÜŞKÜ
7 ay qaldı... Futbol üzrə 21-ci dünya çempionatı ilk dəfə Rusiyada keçiriləcək... Artıq qruplar da məlumdur... Start matçı antirekordla mundialların tarixinə düşəcək... İlk dəfə açılış oyununda çempionatda iştirak edən komandalar arasında ən aşağı reytinqli iki komanda ilk matçda üz-üzə gələcək... Söhbət "A" qrupunda yer alan ev sahibi Rusiya və Səudiyyə Ərəbistanı arasında keçiriləcək oyundan gedir... Ümumiyyətlə püşkatmanın nəticələrində kifayət qədər sürpriz var... Məsələn, "B" qrupunda iki Pireney təmsilçisi - İspaniya və hazırkı Avropa çempionu Portuqaliya mübarizə aparacaq... Azərbaycanda da kifayət qədər azarkeş ordusu olan Argentina millisi "ölüm qrupu"nda yer alıb... Müvafiq olaraq 5 qat və 4 qat dünya çempionları Braziliya və Almaniya zəif rəqiblərlə qarşılaşacaqlar... Fransanın da qəribədir, həmişə olduğu kimi bəxti gətirib deyə bilə bilərik... İngiltərə və Belçikanın müqəddəratları isə öz əllərindədir...