Qazax sakininin meyiti Ağstafada su kanalından tapıldı
Ağstafa rayonu ərazisində kişi meyiti taplıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, 70-75 yaşlarında olan kişi meyitinə Ağstafa-Aşağı Göycəli avtomobil yolundan 30 metr kənarda yerləşən su kanalında rast gəlinib.
Meyit kənd sakinlərindən biri tərəfindən tapılıb. Kənd sakini dərhal hüquq-mühafizə orqanlarına bu barədə məlumat verib. Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.
Məlum olub ki, meyiti aşkarlanan şəxs Qazax şəhər sakini, 1942-ci il təvəllüdlü Qocayev Alı Dövlət oğludur. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun içkili vəziyyətdə kanala düşərək öldüyü ehtimal olunur.